17.05.2024
Bakıda 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi və 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgilərinın açılışı oldu
15-17 may 2024-cü il tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində Ekspo Mərkəzində 29-cu Azərbaycan Beynəlxalq "Qida Sənayesi" və 17-ci Azərbaycan Beynəlxalq "Kənd Təsərrüfatı" sərgiləri baş tutdu. Regionun ən böyük sərgilərindən olan bu tədbirdə 40-a yaxın ölkədən olan 500-ə yaxın şirkət qida sənayesi və kənd təsərrüfatı sahəsində öz məhsullarını və xidmətlərini, avadanlıq və texnologiyalarını nümayiş etdirdilər.
İndustrial Solutions şirkəti də bu sərgilərdə öz partnyorları ilə iştirak etdi. İtaliyadan AXOR, Sordi Impianti, PiGo və Sorma Group şirkətləri və Almaniyadan Sollich, Chocotech, Theegarten-Pactec və Walterwerk şirkətləri bu sərgidə iştirak etmişdilər.
Həmçinin bu sərgilər zamanı yeni partnyorlarla əməkdaşlıq haqqında razılıqlara gəldik. Onlardan biri xurma və digər meyvələrin soyulması, doğranması və qurudulması avadanlıq və texnologiyaları sahəsində ixtisaslaşmış Cənubi Koreyanın Baramgaebi və qida sənayesi məhsullarının qablaşdırılmasında dünya liderlərindən olan Daniyanın Trepko şirkətləridir.
Keyfiyyətə nəzarət