Bitmiş layihələr

2011-2019-cu illərdə Ulduz şirkətinə şokolad, karamel, jele və digər qənnadı məhsullarının istehsalı üçün müxtəlif avadanlıqlar təqdim olunmuşdur:

  • Bar tipli məhsulların istehsalı üçün Sollich (Almaniya) şirkətinin Conbar xətləri,
  • Müxtəlif inqrediyentlərin bişirilməsi və hazırlanması üçün Chocotech (Almaniya) şirkətinin mətbəxləri,
  • Jele tipli məhsulların istehsalı üçün WDS (Almaniya) şirkətinin moqul (kraxmal) formalaşdırma xətti,
  • Şokolad, dolum və kremlərin istehsalı üçün Caotech (Niderland) şirkətinin diyircəkli dəyirmanları

2011-2016-cı illərdə Şirin şirkətinə şokolad və digər qənnadı məhsullarının istehsalı üçün müxtəlif avadanlıqlar təqdim olunmuşdur:

  • Müxtəlif inqrediyentlərin bişirilməsi və hazırlanması üçün Chocotech (Almaniya) şirkətinin mətbəxləri,
  • Şokolad məhsulların istehsalı üçün WDS (Almaniya) şirkətinin formalaşdırma xətti,
  • Şokolad və dolum istehsalı üçün Caotech (Niderland) şirkətinin diyircəkli dəyirmanları

2017-ci ildə Şəmkir şəhərində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Nəfis Çörək brendi ilə regionda ilk müasir çörək zavodunu işə saldı. Bu zavodda Avropanın aparıcı şirkətlərinin avadanlıq və xətləri quraşdırılmışdır:

  • Reimelt Zeppelin (Almaniya) şirkətinin unun saxlanılması silosları, maye inqrediyentlərin hazırlanması və dozalanması sistemi,
  • Sancassiano (İtaliya) şirkətinin xəmir yoğuran mikserləri,
  • Kaak Group (Niderland) şirkətlər qrupunun xəmirin hazırlanması (doğranılması, yuvarlaqlanması, qıcqırdılması və formalaşması), həmçinin bişirilməsi və hazır məhsulun soyudulması avadanlıq və xətləri,
  • Çörəyin doğranması və paketlənməsi üçün PS Mako (Almaniya) şirkətinin avadanlıqları.

2016-cı ildə şirkətimiz tərəfindən Astara Çay şirkətinə Fawema (Almaniya) şirkətinin çay paketləmə avadanlığı təqdim olunmuşdu. Astara Çay şirkəti həmin avadanlıqda öz məhsulunu 100, 250 və 500 qr. paketlərə doldurur.

2012-ci ildə şirkətimiz tərəfindən Aysu şirkətinə şokolad kütləsinin hazırlanması üçün Caotech (Niderland) şirkətinin diyircəkli dəyirmanı təqdim olunmuşdu.

2014-cü ildə şirkətimiz tərəfindən GeoMill şirkətinə Fawema (Almaniya) şirkətinin unun kağız paketlərə dolum avadanlığı təqdim olunmuşdur GeoMill şirkəti həmin avadanlıqda öz məhsulunu 1, 2 və 5 kq. paketlərə doldurur.

2014-ci ildə Mega Production (keçmiş Tbilcement şirkəti) şirkətinin müəssisəsində Nordimpianti (İtaliya) şirkətinin texnologiyaları əsasında Zaqafqaziya ilk olaraq gərginləşdirilmiş içi boş beton lövhələrin istehsalı xətti işə salınmışdı. Bu istehsalın məhsulları yaşayış, sənaye və sosial binaların tikintisində geniş tətbiq olunur. 2018-ci ildə Mega Construction şirkəti Gürcüstanın ən sürətli inkişaf edən tikinti şirkəti adına layıq görülmüşdü.

2019-cu ildə Prime Concrete şirkətinin müəssisəsində Poyatos (İspaniya) şirkətinin səki daşı, tikinti blokları və bordür istehsal edən avadanlıq quraşdırılıb işə salınmışdı. Bu avadanlıq Poyatos şirkəti tərəfindən Gürcüstanda quraşdırılmış yeddinci qurğu idi.